Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakıda sərnişin avtobusu piyadanı vurub
# 06 iyul 2013 11:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov- APA. Bakıda sərnişin avtobusu piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 22.00 radələrində Səbail rayonu Salyan yolu küçəsində Xırdalan şəhər sakini Əsgər Məmmədov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən 65-70 yaşlı kişini vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR