Qafqaz Konserv Zavodu fasiləsiz iş rejiminə keçib - FOTO

Qafqaz Konserv Zavodu fasiləsiz iş rejiminə keçib - <span style="color: red;">FOTO
# 25 oktyabr 2013 13:59 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycanda alma mövsümünün başlaması ilə əlaqədar Qafqaz Konserv Zavodu 24 saatlıq iş rejiminə keçib.

Zavodun məxsus olduğu «Azersun Holding»dən «APA-Economics»ə verilən məlumata görə, yetişdirdiyi məhsulu Rusiya bazarlarına çıxarmaqda çətinlik çəkən Quba-Xaçmaz əhalisinə hər zaman dəstək olan Qafqaz Konserv Zavodu, məhsul qəbuluna bir ay tez başlamaqla yanaşı, qəbul planını da ötən ilə nisbətən 50% artırıb. Hazırda zavodun gündəlik istehsal potensialı 350-400 tondur.

Yerli əhalinin yetişdirdiyi məhsulun xarab olmaması üçün məhsul qəbulu mövsümün sonunadək davam etdiriləcək.

Qeyd edək ki, Qafqaz Konserv Zavodu 2003-cü ildə istifadəyə verilib. Ölkə və regionu keyfiyyətli konserv məhsulları ilə təmin edən zavod son 10 ildə şimal bölgəsində fəaliyyət göstərən fermerləri stimullaşdırır. Müəssisənin məhsulu olan «Bizim Tarla» markası artıq dünyanın bir sıra ölkələrinə ixrac olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR