APA-nın xəbərinə görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tövsiyə olunub.