Daşkənddə “XX əsr Azərbaycan poeziyası antologiyası” özbək dilində çap edilib

Daşkənddə “XX əsr Azərbaycan poeziyası antologiyası” özbək dilində çap edilib
# 08 oktyabr 2013 09:09 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Daşkəndin “Turon-İqbol” nəşriyyatında “XX əsr Azərbaycan poeziyası antologiyası” kitabı özbək dilində çap edilib.

Kitabın məsləhətçisi Ramiz Əsgərin APA-ya verdiyi məlumata görə, kitabın tərtibçisi Babaxan Məhəmməd Şərif, məsul redaktor Əziz Səidovdur. Kitabın digər məsləhətçisi AzərTAc-ın Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlidir.

Antologiyanın tərtibçisi Babaxan Məhəmməd Şərifin ön sözündə qeyd olunub ki, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və başqa Azərbaycan şairlərinin əsərləri dünya ədəbiyyatının incilərindəndir.

Kitabda repressiya qurbanı olmuş Azərbaycan və özbək şairləri - Əhməd Cavad, Mikayıl Müşfiq, Məhəmməd Hadi, Çulpan, Fitrət, Behbudinin əsərləri haqqında oxuculara məlumat verilib.

“XX əsr Azərbaycan poeziyası antologiyası” Mirzə Ələkbər Sabirin əsərləri ilə başlanır, gənc şairlərin şeirləri ilə başa çatır. Antologiyada 60 şair haqqında qısa məlumat və şeirlərindən nümunələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR