Bakıda külünglə bir nəfəri qətlə yetirən şəxs tutulub

Bakıda külünglə bir nəfəri qətlə yetirən şəxs tutulub
# 01 iyul 2013 07:57 (UTC +04:00)

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən gün 1992-ci il təvəllüdlü Şirvani Səid oğlu Əhmədov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Şirvani Səid oğlu Əhmədov şəxsi münasibətlər zəminində Nicat adlı şəxsə külünglə müxtəlif xəsarətlər yetirib. Nicat aldığı xəsarətlərdən xəstəxanada keçinib. Ş. Əhmədov bundan əlavə, Cəlilabad rayon sakini, 1980-ci il təvəllüdlü Samir Babayevə də külünglə xəsarət yetirib. S. Babayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR