Azərbaycan neftinin Ceyhan limanından ixracı 13% artıb

Azərbaycan neftinin Ceyhan limanından ixracı 13% artıb
# 09 sentyabr 2013 13:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayı ərzində 2 445 065 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb. Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 12,9% çoxdur. Bu həcmin 1 511 874 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-avqust aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi isə 19 897 616 ton olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 0,35% çoxdur.

Ümumiyyətlə, BTC istismara verilən gündən bu il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 223 564 270 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR