Nino Burcanadze: Gürcüstan Rusiya ilə bütün problemli məsələlər üzrə dialoqa başlamalıdır

Nino Burcanadze: Gürcüstan Rusiya ilə bütün problemli məsələlər üzrə dialoqa başlamalıdır
# 09 oktyabr 2013 00:32 (UTC +04:00)

Bakı-APA. Gürcüstan Rusiya ilə “tək ticari-iqtisadi məsələlər üzrə yox, bütün problemli məsələlər üzrə tammiqyaslı dialoqa başlamalıdır”. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın keçmiş spikeri, prezidentliyə namizəd, “Demokratik hərəkat – Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze bildirib.

Nino Burcanadze Gürcüstanın yeni hökumətinin “ticari-iqtisadi münasibətlərinin və mədəni-humanitar sahədə əməkdaşlığın bərpası” istiqamətində addımlarını alqışlayıb. Lakin, onun sözlərinə görə, “Rusiya ilə münasibətlərin normallaşması üçün bu kifayət etmir, bunun üçün Gürcüstanla Rusiya arasında bütün problemli mövzular üzrə birbaşa tammiqyaslı dialoq gərəkdir”.

“Gürcüstan tərəfi siyasi iradə nümayiş etdirəcəyi təqdirdə Rusiya ilə münasibətləri bərpa etmək tam mümkün ola bilər”, deyə Burcanadze qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR