Eurovision-2012” ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Eurovision-2012” ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
# 18 iyul 2013 10:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisəsi törətməyə cəhddə təqsirləndirilən “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyev və digər 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, prosesdə Yasamal rayon 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili Rövşən Əkbərov və digər şahidlər ifadə veriblər. R. Əkbərov bildirib ki, saxlanılan şəxslərə qarşı hər hansı təzyiq edilməyib.

Proses avqustun 1-də davam etdiriləcək.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror törətməyə cəhd edən 40 nəfər həbs edilib. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub.

Həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusu – “Sepah”la əməkdaşlıq etdikləri bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR