ABŞ Konqresinin qarşısında polis tərəfindən güllələnmiş qadının psixi problemi olub

ABŞ Konqresinin qarşısında polis tərəfindən güllələnmiş qadının psixi problemi olub
# 04 oktyabr 2013 02:28 (UTC +04:00)

Bakı-APA. ABŞ Konqresinin yaxınlığında polis tərəfindən təqib edilərək güllələnmiş qadının psixi problemləri olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NBC (En-Bi-Si) telekanalı məlumat yayıb.

Telekanalım xəbərinə görə, öldürülən Miriam Kerinin 34 yaşı olub. İxtisasça stomatoloq olan qadın Konnektikut ştatının Stemford ştatında yaşayıb.

Qeyd edək ki, öldürülən qadının üzərində silah olmayıb. Qadının idarə etdiyi “Infinity” markalı avtomobilin arxa oturacağında azyaşlı uşaq aşkarlanaraq xəstəxanaya aparılıb.

Qadının bu cür addım atmasının səbəbləri hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR