Artur Rəsizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib

Artur Rəsizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib
# 25 aprel 2014 08:17 (UTC +04:00)

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, Azərbaycan Respublikasının baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2013-cü il büdcəsinin icrası məsələlərinə baxılıb.

Şura fondun icraçı direktoru Şahmar Mövsümovun təqdim etdiyi 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatına, fondun 2013-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PriceWaterHouseCoopers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab edib.

Bundan başqa, fondun 2013-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

A. Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR