Azərbaycanda 2001-ci ildən kənd təsərrüfatı istehsalının həcmi 4 dəfə artıb

Azərbaycanda 2001-ci ildən kənd təsərrüfatı istehsalının həcmi 4 dəfə artıb
# 29 oktyabr 2013 08:56 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda 2001-ci ildən fermerlərə tətbiq olunan vergi güzəştləri nəticəsində 1,4 mlrd. manat vəsait fermerlərə qalıb.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında MM-in Aqrar qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov bildirib.

O qeyd edib ki, bu müddət ərzində kənd təsərrüfatı istehsalının həcmi 1,2 mlrd. manatdan 4,8 mlrd. manatadək artıb. Ş.Kərimov həmçinin əlavə edib ki, kənd təsərrüfatı sahəsində xüsusən quşçuluq, istixana, emal müəssisələrinin inkişafı baş verib: “Artıq Azərbaycan quş əti istehlakçısı deyil və öz tələbatını təmin edir. Yaxın gələcəkdə bu sahədə ixracatçı potensialı əldə edəcək. Ötən müddət ərzində quş əti istehsalı 3,7 dəfə artaraq 20012-ci ildə 89,3 min ton təşkil edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR