Alpinizm Federasiyasının prezidenti XİN başçısına və Azərbaycanın Pakistandakı səfirinə təşəkkür məktubu göndərib

Alpinizm Federasiyasının prezidenti XİN başçısına və Azərbaycanın Pakistandakı səfirinə təşəkkür məktubu göndərib
# 27 iyul 2013 09:13 (UTC +04:00)

APA-nın məlumatına görə, məktubda deyilir ki, Azərbaycan Alpinizm Federasiyası tarixdə ilk milli ekspedisiya kimi Heydər Əliyevin 90 illiyinə həsr edilmiş Himalay dağlarına, Pakistan İslam Respublikasının ərazisində yerləşən dünyanın 9-cu ən hündür zirvəsi olan Nanqa Parbat (8125 m) zirvəsinə ekspedisiya təşkil edib. Sözügedən ekspedisiya zamanı baza düşərgəsinə terror hücumu olub və 11 nəfər xarici alpinist öldürülüb. Xoşbəxtlikdən həmin vaxt Azərbaycan alpinistləri 6100 m hündürlükdə olub və heç bir xəsarət almayıb. Azərbaycan vətəndaşlarının təhlükəsiz təxliyə edilməsi üçün ölkəmizin Xarici İşlər Nazirliyinin göstərişi ilə Pakistandakı Səfirliyimizin əməkdaşları yerli orqanlar və silahlı qüvvələrlə birlikdə alpinistlərin təxliyə əməliyyatını uğurla həyata keçirib və vətəndaşlarımızın təhlükəsizliyini təmin edib.

Azərbaycan Alpinizm Federasiyası belə çətin vəziyyətdə alpinistlərə göstərdiyi köməyə görə xarici işlər naziri Elmar Məmmədyarova, ölkəmizin Pakistandakı səfiri Daşqın Şikarova, səfirliyin digər əməkdaşlarına və ümumilikdə bütün XİN əməkdaşlarına dərin minnətdarlığını bildirib və gələcək fəaliyyətdə uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR