Qarabağ Araşdırmalar Mərkəzinin açılışı olub - FOTOSESSİYA

Qarabağ Araşdırmalar Mərkəzinin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 04 oktyabr 2013 12:33 (UTC +04:00)

İcmanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimi açıq elan edən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov mərkəzin yaranması ideyasından və qarşısında duran vəzifələrdən danışıb.

Tədbirdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Prezidenti Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsini müdiri Elnur Aslanov, Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun İcraçı direktoru Elçin Babayev, Dağlıq Qarabağın Azərbaycanlı İcması idarə heyətinin üzvü, akademik Vaqif Fərzəliyev, icmanın Analitik-informasiya mərkəzinin müdiri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov yaradılan mərkəzin əhəmiyyətindən danışıb, bu təşəbbüsün irəli sürülməsi ideyasını təqdirəlayiq hal kimi qiymətləndirib və mərkəzin işinə uğurlar arzulayıblar.

“Qarabağ Araşdırmalar Mərkəzi” Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılması, eləcə də bu sahədə çalışacaq alimlər və mütəxəssislər üçün elmi mərkəz kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ tarixinin, mədəniyyətinin araşdırılmasında çox mühüm rol oynayacaq.

Mərkəzdə bir sıra yerli və beynəlxalq ekspertlərin tədqiqat aparması üçün əlverişli şəraitin yaradılması və gələcəkdə digər ölkələrin Elmi Mərkəzləri ilə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi qarşıya məqsəd olaraq qoyulub. Mərkəzdə Qarabağla bağlı bütün məlumatları özündə ehtiva edən elektron kitabxananın yaradılması və elektron materiallar üzərində işi asanlaşdırmaq üçün elektron kataloq tərtib edilib.

Açılış mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditasiya olunmuş xarici ölkə səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və elm adamları iştirak ediblər.

Layihədə “Simbrella” şirkəti texniki dəstək göstərib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR