Milli Məclisin payız sessiyasında qiymətli kağızlar bazarı ilə bağlı yeni qanun müzakirəyə çıxarılacaq

Milli Məclisin payız sessiyasında qiymətli kağızlar bazarı ilə bağlı yeni qanun müzakirəyə çıxarılacaq
# 26 iyun 2013 13:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda “Qiymətli kağızlar haqqında” yeni qanun layihəsi hazırlanır və payız sessiyasında parlamentdə müzakirəyə çıxarılması gözlənilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, layihə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Yeni qanun ölkədəki qiymətli kağızlar bazarında müsbət dəyişikliyə hesablanıb. Qiymətli kağızlar bazarının iştirakçılarının hüquqlarının və qiymətli kağızlarla bağlı sövdələşmələrin hüquqi qiymətləndirilməsinin təminatı qanunda tam olaraq öz əksini tapacaq. Bundan başqa, bu bazarla bağlı yeni qanunda bir sıra imtiyazlar və güzəştlər də təsbit olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR