Masallının Qodman kəndində elektron tipli yeni ATS-in açılışı olub - FOTOSESSİYA

Masallının Qodman kəndində elektron tipli yeni ATS-in açılışı olub  - <span style="color: red;">FOTOSESSİYA
# 08 avqust 2013 18:50 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Avqustun 8-də Masallı rayonunun Qodman kəndində 256 abonent tutumlu elektron tipli yeni ATS istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Aztelekom İB-nin rəsmiləri, rayonun idarə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak ediblər. Kənd sakinlərindən Allahverdi Allahverdiyev, Əli Əliyev və başqaları çıxış edərək, uzun illər diqqət və qayğıdan uzaq olan Qodmanda ötən il ən müasir tipli yaraşıqlı məktəb binasının istifadəyə verildiyini, hazırda isə kəndə yeni yolun çəkildiyini, elektron tipli yeni EATS-in işə salındığını isə Ramazan bayramı üçün əsl töhfə olduğunu bildiriblər.

Rayon Telekommunikasiya Qovşağının rəisi Səməd Abıyev rayonda rabitə xidmətinin ilbəil yaxşılaşdığını, hazırda ATS-lərdə müasir texnologiyaların tətbiq edildiyini, hazırda rayonda 24 mindən çox abonentin elektron ATS-lərin xidmətindən istifadə etdiyini diqqətə çatdırıb. Sonda icra başçısı Rafil Hüseynov Qodman və əraziyə daxil olan digər kəndlərin sakinlərini Ramazan bayramı və yeni EATS-ın istifadəyə verilməsi münasibətilə təbrik edərək, xeyir-duasını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR