Zaqatala sakini təndirə düşərək yanıb - VİDEO

Zaqatala sakini təndirə düşərək yanıb - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2013 15:55 (UTC +04:00)

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb. Zaqatala rayonu Muxax kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədəminova Pirdovus Şaban qızı yaşadığı evin həyətindəki təndirə çörək yapan zaman ehtiyatsızlıqdan təndirə düşüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Pirdovus Məmmədəminova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Zaqatala MRX-dan verilən məlumata görə, Pirdovus Məmmədəminova təndirə düşməsi nəticəsində yuxarı və aşağı ətrafların 2-ci və 3-cü dərəcəli texniki yanıq xəsarəti alıb. Hazırda onun vəziyyəti orta-ağır hesab olunur. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR