Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedir

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedir
# 28 fevral 2014 09:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə sabah Səudiyyə Ərəbistanına səfərə yola düşəcək. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd İslam Aləmi Liqasının baş katibi Abdulla ət-Türkinin dəvəti əsasında qurumun 2-3 mart tarixlərində keçiriləcək növbəti konfransda iştirak etməkdir.

Mövzusu “İslam aləmi – problemlər və həlli yolları: İslam həmrəyliyi” olan beynəlxalq konfransda QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə “İslam həmrəyliyi günün aktual problemidir” adlı məruzə ilə çıxış edəcək. Səudiyyə Ərəbistanında QMİ sədrinin Səudiyyə Ərəbistanının Həcc Naziri və digər rəsmiləri ilə işgüzar görüşləri gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR