Hava dəyişikliyi təcili yardıma müraciətlərin sayını artırmayıb - VİDEO

Hava dəyişikliyi təcili yardıma müraciətlərin sayını artırmayıb - <span style="color: red;">VİDEO
# 31 yanvar 2014 07:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Ötən gündən başlayaraq hava şəraitinin dəyişməsi Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayını artırmayıb. Əksinə, ötən sutka ərzində müraciətlərin sayı bir qədər azalaraq 1600-ə yaxın olub”. Bunu APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib. O bildirib ki, müraciət edənlərin 140 nəfəri xəstəxanaya yerləşdirilib.

Ötən sutka ərzində avtoqəzaların da az olduğunu söyləyən həkim qeyd edib ki, hava kəskin dəyişdikdən sonra Sədərək dairəsində avtoqəza baş verib və xəsarət alan bir nəfər Klinik Tibbi Mərkəzə gətirilib: “Binəqədi rayonu ərazisində gecə saat 02-də bir nəfəri maşın vurub və o, Travmatologiya İnstitutuna yerləşdirilib. Axşam saat 21:56 radələrində 28 yaşlı bir qadın bıçaqlanıb və o, xəstəxanaya yerləşdirilib. Dəm qazı zəhərlənməsi ilə bağlı 8 müraciət daxil olub, Onlardan 5-i xəstəxanaya yerləşdirilib, 3 nəfərinə isə ilkin tibbi yardım göstərilib”.

Z. Vahidovanın sözlərinə görə, hava dəyişikliyindən sonra təcili yardıma müraciətlərlə əlaqədar adı günlərdən fərqli problem yaranmayıb. O deyib ki, yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı yalnız bir müraciət daxil olub: “Hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb. Xəsarət alan qadına ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya yerləşdiriləcək. Xüsusi təyinatlı təcili yardım maşınları belə havalarda əsasən vacib çağırışlara gedir ki, bunlara da doğuş, insult, infarkt, qanaxmalar daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR