Gürcüstanın əsas ticarət tərəfdaşları Azərbaycan və Türkiyədir

Gürcüstanın əsas ticarət tərəfdaşları Azərbaycan və Türkiyədir
# 26 oktyabr 2013 15:55 (UTC +04:00)

Bu, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 12,6 faizidir. APA-nın “Biznes-Qruziya” portalına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin məlumatında bildirilir. Ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,8 faiz artıb.

Azərbaycan Türkiyədən sonra Gürcüstanın ikinci böyük ticarət tərəfdaşıdır.

2013-cü ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanla Türkiyə arasında ticarətin həcmi 1,08 milyard dollar olub. Bu, ölkənin ümumi xarici ticarət dövriyyəsinin 14,2 faizidir.

Üçüncü sırada 555,70 milyon dollarla Ukrayna gəlir.

Gürcüstanın bu ilin 9 ayındakı ümumi xarici ticarət həcmi ötən ilə nisbətən bir qədər azalaraq 7,59 milyard dolar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR