ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından — CENTCOM-dan olan hərbi qrup Livanın cənubunda “pilot zonalar”da Livan ordusunun yerləşdirilməsinə dəstək göstərmək üçün Beyruta gəlib.
Bu barədə "Naharnet" xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, ABŞ hərbi nümayəndə heyəti Livan ordusunun komandanı Rudolf Heykalla görüşüb.
Görüşdə İsrail qüvvələrinin Livanın nəzarətinə keçəcək ilk rayondan çıxarılması mexanizmi müzakirə olunub.