Belarus səfiri İsmayıllıda olub

Belarus səfiri İsmayıllıda olub
# 12 mart 2013 09:28 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç İsmayıllı rayonunda işgüzar səfərdə olub. APA-nın Belarus XİN-ə istinadən verdiyi məlumata görə, N. Paskeviç İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüb. Görüşdə birgə layihələrin həyata keçirilməsi, o cümlədən İsmayıllı rayonunda çörək zavodunun, qaçqınlar və məcburi köçkünlər üçün qəsəbənin tikintisi məsələsi müzakirə olunub. Tərəflər İsmayıllıda “aqrar şəhərcik” yaradılması üzrə pilot layihə həyata keçirməyin mümkünlüyünü də müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR