Ukrayna DİN: Mukaçovada atışma zamanı 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Ukrayna DİN: Mukaçovada atışma zamanı 3 nəfər ölüb, 5 nəfər yaralanıb
# 11 iyul 2015 18:37 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə DİN rəhbərinin müşaviri Zoryan Şkiryak bildirib.

Məlumata görə, “Sağ sektor” milliyyətçi təşkilatının 11 silahlı üzvü “Antares” və “Krasnıy Drakon” idman komplekslərinə hücum edib. Hücum edənlər və deputat Mixail Lanyonun tərəfdarları və hadisə yerinə cəlb olunmuş milis qüvvələri arasında silahlı toqquşma baş verdiyi bildirilir. “Vesti”nin məlumatına görə, Mukaçovo yaxınlığındakı Kiyev-Çop yolunda baş vermiş atışma zamanı üzü maskalı şəxslər avtomat silahlardan və qumbaratanlardan istifadə edib.

“Sağ sektor”un Zakarpat vilayəti üzrə bölməsinin rəhbəri Aleksandr Saçko təşkilatın insidetlə əlaqəli olduğunu təsdiqləyib. Onun sözlərinə görə, milis əməkdaşları xəbərdarlıq etmədən təşkilatın üzvlərini atəşə tutub.

DİN rəhbərinin digər müşaviri Anton Qeraşenko atəş açan silahlılardan 3 nəfərin öldüyünü bildirib.

“Məlumata görə, 3 silahlı öldürülüb, beş cinayətkar yaralanıb. Qalanları isə, meyitləri və yaralıları özləri ilə apararaq, meşə zolağına çəkiliblər. Təslim olmaq tələbinə əməl olunmazsa, güc tətbiq olunacaq və cinayətkarlar məhv ediləcək”, deyə Şkiryak bildirib.

Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Yelena Qitlyandskaya cinayət işinin başlandığını və əməliyyat qərargahının yaradıldığını bildirib. Hadisə yerinə xüsusi təyinatlı dəstə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR