Lvovda partlayış baş verib

Lvovda partlayış baş verib
# 30 aprel 2015 04:12 (UTC +04:00)

Bakı-APA. Bu gecə yerli vaxtla saat 01:00 radələrində Ukraynanın Lvov şəhərində partlayış baş verib.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, insident milis sahə məntəqəsində qeydə alınıb.

İlkin məlumata əsasən, partlayış nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR