Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Noyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Noyabr - <span style="color: red;">VİDEO
# 19 noyabr 2015 17:09 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Rəqibə qarşı təzyiq vasitəsi kimi yaradılan İŞİD indi hər kəsə rəqibdir. Təkcə İrana, İraqa, Suriyaya, Rusiyanın bölgədəki maraqlarına deyil, onu yaradan Qərbə, istər ona zamanında dəstək verən Türkiyə və İordaniyaya da rəqibdir İŞİD. Cin şüşədən çıxıb və hər kəs İŞİD-i nəzarətdə saxlamağın mümkün olmadığını anlayır. Fransanın İŞİD-ə qarşı birgə koalisiya yaratmaq təklifinə Kremldən dərhal razılıq verilməsi, ardınca Suriyada iqtidarla silahlı müxalifətin 15 günlük atəşkəs imzalaması bunun nəticəsidir. Atəşkəsə riayət olunacağı sual altındadır, amma Suriyanın gələcəyinə bu 15 gündə qərar veriləcəyi şəksizdir. Atəşkəs “G-20” sammitindən sonra yeni kombinasiyaları götür-qoy etmək üçün vaxta ehtiyacı olan ABŞ-a da, əməliyyatlara külli miqdarda vəsait sərf edən Rusiyaya da sərf edir. Bu gün Suriyada hər kəsin ehtiyac duyduğu məsələ - atəşkəsdir. Atəşkəs 15 gün təmin olunacaqmı? Fövqəlgüclərin doğrudan fövqəlgüc olduğunu bu sübut edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR