Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 22 fevral 2013 09:32 (UTC +04:00)

Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR