Azərbaycanın qeyri-həyat sığortası bazarında yığımlar 13% artıb, ödənişlər 1% azalıb

Azərbaycanın qeyri-həyat sığortası bazarında yığımlar 13% artıb, ödənişlər 1% azalıb
# 23 iyul 2015 12:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin I yarısında Azərbaycanda toplanan sığorta haqlarının 176,5 mln. manatı və ya 72,8%-i qeyri-həyat sığortasının payına düşüb. Ötən ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 13,2% böyüyüb.

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov ənənəvi keçirilən brifinqdə bildirib.

Qeyri-həyat sığortası üzrə yığımların 23,8%-i və ya 42 mln. manatı tibbi sığortanın, 20,4%-i və ya 36,1 mln. manatı avtomobillərin icbari sığortasının, 10,3%-i və ya 18,2 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, 9,4%-i və ya 16,6 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,9%-i və ya 15,7 mln. manatı kasko sığortasının, qalan 27,2%-i və ya 48 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Yarım ildə sığorta ödənişlərinin 66,7%-ni və ya 61,5 mln. manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 39,6%-i və ya 24,3 mln. manatı tibbi sığortanın, 25%-i və ya 15,4 mln. manatı avtomobillərin icbari sığortasının, 19,8%-i və ya 12,2

Mln. manatı kasko sığortasının, qalan 15,6%-i və ya 9,6 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,8 manatı ödəniş edilib. 2014-cü ilin yanvar-iyun aylarında bu rəqəm 39,7 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR