Azərbaycan Cənubi Koreyada TASİM layihəsi ilə bağlı keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan Cənubi Koreyada TASİM layihəsi ilə bağlı keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək
# 24 avqust 2015 13:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) və Koreyanın Elm, İKT və Gələcək Planlaşdırma Nazirliyi ilə birgə Asiya-Pasifik İnformasiya Magistralı üzrə İşçi Qrupunun 1-ci toplantısı keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin sentyabrın 1-2-də Cənubi Koreyanın İnçheon şəhərində baş tutacaq tədbirdə bir sıra aktual İKT məsələləri müzakirə ediləcək. Azərbaycan nümayəndələrinin də sözügedən beynəlxalq tədbirdə təmsil olunması nəzərdə tutulub.

Qeyd edək ki, İşçi Qrupunun 1-ci toplantısında iştirak etmək məqsədi ilə EuraCA/ TASİM İdarəetmə Qrupuna rəsmi dəvət məktubu göndərilib.

Onu da qeyd edək ki, EuraCA/TASİM qrupunun adı çəkilən tədbirdə iştirakına dair təklif AR xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev tərəfindən irəli sürülüb. Belə ki, son dövrlər XİN TASİM layihəsinə xüsusi diqqət ayırıb və xüsusilə də SPECA-TASİM-CAREC əməkdaşlığının formalaşmasında ciddi səylər göstərib.

Bundan əlavə TASİM layihəsi UN ESCAP və Asiya-Pasifik İnformasiya Magistralı ilə sıx əməkdaşlıq etməkdədir.

Bu əməkdaşlıq UN ESCAP tərəfindən keçirilən tədbirlərdə qəbul edilən rəsmi sənədlərdə öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR