Bakı sakini taksidə bıçaqlanıb - VİDEO

Bakı sakini taksidə bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 08 oktyabr 2015 01:22 (UTC +04:00)

Bakı. Mahir Məmmədli – APA. Bakının Pirşağı qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, Məftun İmanquliyev taksidə bıçaqlanıb. O, Pirşağıdan şəhərə gedən taksiyə minib. Yolda Məftun İmanquliyevlə digər sərnişin arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib. M.İmanquliyevlə mübahisə edən sərnişin cibində olan bıçaqla ona zərbələr endirib, daha sonra hadisə yerindən qaçıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, bıçaq yarası ilə yanaşı, M.İmanquliyevin baş nahiyyəsində də xəsarətlər var.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR