Rusiyada 200-dən çox “Makdonalds” restoranında yoxlama aparılır

Rusiyada 200-dən çox “Makdonalds” restoranında yoxlama aparılır
# 19 oktyabr 2014 02:31 (UTC +04:00)

Bakı-APA. Rusiyada 200-dən çox “Makdonalds” fast-food qida restoranı yoxlamalara məruz qalıb, 9 restoran bağlanıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, onlardan bir neçəsinin fəaliyyəti məhkəmənin hökmü əsasında dayandırılıb. “Makdonalds” məhkəmənin hökmündən yuxarı instansiya məhkəməsinə şikayət vermək niyyətindədir.

Rusiyanın 75 bölgəsində, ümumilikdə, 450 “Makdonalds” fast-food qida restoranı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR