Çayxanada qətl törədən şəxsə hökm oxunub

Çayxanada qətl törədən şəxsə hökm oxunub
# 05 iyul 2016 14:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Rəşad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci ilin noyabrında Goranboy rayonunda qonşular arasında başlayan mübahisə 23 yaşlı gəncin qətlə yetirilməsi ilə nəticələnib. Hadisə rayonun Nizami kəndində yerləşən çayxanada baş verib. Kənd sakini, 23 yaşlı Həsən Həsənov kəndin mərkəzində işlətdiyi çayxanada həmyerlisi, 35 yaşlı Rəşad Babayevlə mübahisə edib. Bu zaman Rəşad Babayev üstündə gəzdirdiyi bıçaqla Həsən Həsənova ürək nahiyəsindən zərbə endirərək öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR