MHP lideri Sarkisyana təbrik göndərən prezident Gülü sərt tənqid edib

MHP lideri Sarkisyana təbrik göndərən prezident Gülü sərt tənqid edib
# 26 fevral 2013 11:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, D. Bağçalı “bu təbrik Xocalı cinayətinin ildönümü ərəfəsində azərbaycanlı qardaşlarımızı incidib”, deyib.

MHP lideri xatırladıb ki, A. Gülün təbrik göndərdiyi şəxs Xocalıda qətl törədənlərdən biridir və onun əlində heç vaxt silinməyəcək qan ləkəsi var: “Xocalının fəryadı davam edərkən, Azərbaycan torpaqlarının 20 faizi hələ işğal altında ikən bu təbrik mesajını göndərməkdə məqsəd nədir? Sarkisyanın liderliyindəki Ermənistan vətən torpaqlarımıza həyasızca haqq iddia etməkdədir. Bu ölkənin rəsmi simvollarında Ağrı dağının təsviri yer almağa davam edir. Türkiyə Cümhuriyyətini idarə edən şəxslər başqalarına şirin görünərək dünəni yox edəcəklərini sanırlarsa, əlbəttə ki, yanıldıqlarını peşmanlıq içinə bir gün anlayacaqlar. Xocalının qanı qurumadan, erməni zülmünün açdığı yaralar qaysaqlanmadan kimsə heç nə olmayıbmış kimi Ermənistanla yaxınlaşa bilməz. Bunun əksini edənlər günaha batacaq, buna heç kimin haqqı yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR