Bank Of Baku

FT: Ağ Ev Uitkoff və Kuşnerin Ukrayna üzrə danışıqlardakı rolunu azalda bilər

FT: Ağ Ev Uitkoff və Kuşnerin Ukrayna üzrə danışıqlardakı rolunu azalda bilər
# 09 sentyabr 2026 21:29 (UTC +04:00)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda daha fəal rol almağı planlaşdırır.

Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun vasitəçilik diplomatiyasında mümkün dəyişikliklərlə bağlı hələ yekun qərar qəbul etməyib.

“Financial Times” iddia edir ki, ABŞ-İran münaqişəsi səbəbindən Ukrayna üzrə sülh prosesinin dalana dirənməsindən sonra Ağ Ev bir müddətdir danışıqlar komandasının yenidən formalaşdırılması imkanlarını nəzərdən keçirir.

Mənbələrin iddiasına görə, Retkliff və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında danışıqlarda Vaşinqtonun əsas nümayəndəsi olmaq uğrunda rəqabət yaranıb.

Nəşr bildirir ki, Tramp administrasiyası Ukrayna münaqişəsinin nizamlanmasına müxtəlif yanaşmaları nəzərdən keçirib. Moskva ilə əlavə əlaqə kanalının yaradılması məqsədilə Rusiyaya yeni səfirin təyin edilməsi imkanının da araşdırıldığı iddia olunur.

Məlumata görə, Uitkoff xüsusi nümayəndə vəzifəsini qoruyaraq diqqətini Yaxın Şərqdəki münaqişələrin nizamlanmasına yönəltməyi gözləyir. Bununla yanaşı, mənbələr onun Ukrayna üzrə danışıqlarda Retklifflə paralel şəkildə iştirakını davam etdirə biləcəyini də istisna etmirlər.

Qeyd edək ki, Ağ Ev “Financial Times”ın bu məlumatını təkzib edərək Uitkoff və Cared Kuşnerin Prezident Donald Trampın tam etimadına malik olduqlarını və danışıqlarda rollarının dəyişdirilməsinin müzakirə edilmədiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR