Türkiyəli ekspert: ”Azərbaycanın G -20 sammitində iştirakını alqışlayıram”

Türkiyəli ekspert: ”Azərbaycanın G -20 sammitində iştirakını alqışlayıram”
# 15 noyabr 2015 13:13 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. ”Azərbaycanın G -20 sammitində iştirakını alqışlayıram”.

Bunu APA-ya açıqlamasında Türkiyə Mərkəzi Bankının keçmiş prezidenti, iqtisadçı-ekspert Durmuş Yılmaz deyib.

G-20 sammitini dəyərləndirən Yılmaz bildirib ki, iqtisadiyyat siyasətsiz, siyasəti isə iqtisadiyyatsız təsəvvür etmək mümkün deyil: “G-20 ölkələrinin Antalyada başlayan sammitinə 13 noyabrda Parisdə baş vermiş silsilə terror aksiyalarının damğa vurmasının qaçılmazdır”.

Yılmaz qeyd edib ki, G-20 ölkələrinin son bir ildəki dönəm başqanı olaraq Türkiyə mühüm işlər görüb: “Bunun hesabatı, şübhəsiz ki, sammitdə verilir. Buna baxmayaraq, son illərdə ölkəmizdə bir sıra neqativ hadisələr insanların iqtisadi və siyasi hüquqlarının pozulmasına səbəb olub. Əlbəttə, Türkiyədə yeni hökumət qurulacaq, o hökumətdə iqtisadiyyatın idarəçiliyinin kimin əlində olacağı da mühümdür. Çünki 13 illik iqtidar dönəmində iqtisadiyyatın idarəçiliyinə rəhbərlik etmiş komandanı dünya da yaxşı tanıyır, türk bazarı da bu idarəçiliyin onlar tərəfindən davam etdirilməsini istəyir”.

Ekspert Azərbaycanın da G-20 toplantısına dəvət edilməsini və prezident İlham Əliyevin Antalyadakı sammitdə iştirakını alqışladığını bildirib: “İki qardaş ölkə təkcə öz aralarında yox, ən mühüm beynəlxalq platformalarda da birlikdə addımlayaraq daha güclü olmağa çalışmalıdır. Öz iqtisadiyyatını neft sektorunun asılılığından xilas edib sərbəst təşəbbüsləri dərinləşdirmə istiqamətində Azərbaycanın böyük potensialı var. Prezident Əliyevin addımlarını ürəkdən alqışlayıram. G-20 ilə əməkdaşlığın və Antalyadakı sammitin iqtisadiyyatını inkişaf etdirməsi sahəsində Azərbaycana böyük təcrübə qazandıracağına inanıram”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR