Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib
# 24 iyun 2016 17:00 (UTC +04:00)

Bakı-APA. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifələrindən biri ləğv edilib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Fərmana əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində poçt xidməti göstərən müəssisələrin fəaliyyətinə nəzarəti həyata keçirmək vəzifəsi ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR