Braziliyada bəndin uçmasından sonra 19 nəfər itkin düşüb

Braziliyada bəndin uçmasından sonra 19 nəfər itkin düşüb
# 07 noyabr 2015 18:39 (UTC +04:00)

Bakı-APA. Braziliyanın Minaş-Jerays ştatında bəndin uçmasından sonra 19 nəfər itkin düşmüş hesab edilir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 6-sı mədən işçisi, 13-ü yaxınlıqdakı kəndin sakinləridir.

Noyabrın 5-də Minaş-Jerays ştatında bəndin uçması nəticəsində 16 nəfər ölmüş, 45 nəfər itkin düşdüyü bildirilirdi.

Bəndin yaxınlığında yerləşən kənddə bir çox evlər dağılıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. Ərazidə xilasedici əməliyyat davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR