Ukraynada prezidentə məxsus mağaza sökülüb

Ukraynada prezidentə məxsus mağaza sökülüb
# 05 iyul 2016 12:34 (UTC +04:00)

Bakı - APA. Ukraynanın “Roshen” qənnadı məmulatları şirkətinin Kiyev şəhərinin “Svyatoşin” metro stansiyası yaxınlığında yerləşən mağazası sökülüb.

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, söküntü işində “Koyevblaqoustroystva” kommunal şirkətinin 100-ə yaxın əməkdaşı iştirak edib. Bir həftə əvvəl kommunal xidmət əməkdaşları həmin rayonda yüzlərlə digər köşkü də söküblər. Bu, sahibkarların etirazına səbəb olub.

"Roshen"in mağazası da daxil olmaqla, sökülən köşklərin qanunsuz inşa edildiyi bildirilir.

Xatırladaq ki, “Roshen” mağazalar şəbəkəsi Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR