İsrail yeni Hava Hücumundan Müdafiə sistemini uğurla sınaqdan keçirib

İsrail yeni Hava Hücumundan Müdafiə sistemini uğurla sınaqdan keçirib
# 02 aprel 2015 04:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında bildirilir.

“Davudun sapandı” Hava Hücumundan Müdafiə sistemi hədəfi əvvəlcədən müəyyən edərək məhv etməyə qadir olan müasir HHM sistemidir. Bu sistem artıq istifadədə olan “Xets” antiraket kompleksinin yaxın və orta mənzilli raketlərdən daha etibarlı müdafiəsini təmin etmək məqsədilə yaradılıb.

ABŞ-ın Raket Əleyhinə Müdafiə Agentliyi ilə birgə keçirilmiş sınaq zamanı sistemin bütün komponentləri yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR