Nemtsovun qətli barədə cinayət işi məhkəməyə göndərilib

Nemtsovun qətli barədə cinayət işi məhkəməyə göndərilib
# 29 iyun 2016 17:02 (UTC +04:00)

Bakı - APA. Rusiyada müxalif lider Boris Nemtsovun qətlində təqsirləndirilən 5 nəfərin cinayət işi məhkəməyə göndərilib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, Zaur Dadayev, Anzor Qubaşev, Şadid Qubaşev, Temirlan Askerxanov və Hamzat Baxayev barədə cinayət işinin istintaqı yekunlaşıb və materiallar məhkəməyə təqdim olunub.

V. Markin istintaq tərəfindən iş üzrə kifayət qədər dəlil-sübut toplandığını söyləyib. İşə Moskva dairə hərbi məhkəməsi baxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR