Səhiyyə naziri Mingəçevirdə vətəndaşları qəbul edib

Səhiyyə naziri Mingəçevirdə vətəndaşları qəbul edib
# 13 mart 2015 09:51 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Səhiyyə naziri Oqtay Şirəliyev martın 13-də Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında Mingəçevir, Yevlax, Bərdə və Goranboydan olan vətəndaşları qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə vətəndaşlar nazirə əsasən işə qəbul, müalicə, xəstəxanaların təmiri və digər sağlamlıq problemləri ilə bağlı müraciət ediblər.

Qəbulda vətəndaşların qaldırdıqları məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə digər icra orqanlarına çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR