Bank Of Baku

“Nvidia” rəhbəri Yensen Huanq istefa verib

“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
# 12 noyabr 2026 18:04 (UTC +04:00)

ABŞ-ın texnologiya nəhəngi “Nvidia” şirkətinin rəhbəri Yensen Huanq vəzifəsindən istefa verib.

“Reuters”in xəbərinə görə, onun yerinə müvəqqəti olaraq maliyyə işləri üzrə məsul şəxs Kolett Kress təyin edilib.

“Nvidia”-nın səhmləri istefa açıqlamasından sonra 10% ucuzlaşıb. Bu, cari həftə ərzində şirkətin bazar dəyərinin təxminən 600 milyard dollar azalmasına səbəb olan enişi daha da dərinləşdirib.

63 yaşlı Huanq “Nvidia”-nın səhmlərinin təxminən 3,6%-nə sahibdir və onun birbaşa tabeliyində onlarla rəhbər çalışır.

ABŞ Prezidenti Donald Tramp “Nvidia”-nın rəhbərini “ləyaqətli insan” adlandırıb.

Qeyd edək ki, Huanqın münasibətdə olduğu qadının Çin kəşfiyyatı ilə əlaqəli olması barədə iddialar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR