Nazir Şahin Mustafayev: «Azərbaycan iqtisadiyyatında ciddi struktur dəyişiklikləri gözlənilir»

Nazir Şahin Mustafayev: «Azərbaycan iqtisadiyyatında ciddi struktur dəyişiklikləri gözlənilir»
# 04 aprel 2013 13:45 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bəyan edib.

Nazirin sözlərinə görə, 2020-ci ilə qədər qeyri-neft sektoru hesabına 2 dəfə artacaq ÜDM-in yalnız təxminən 20%-i neft sektorunun payına düşəcək ki, bu da iqtisadiyyatın neftdən asılılığının tamamilə aradan qaldırılması deməkdir. Ş.Mustafayev vurğulayıb ki, hazırda ÜDM-in 48%-i neft, 52%-i isə qeyri-neft sektoru hesabına formalaşır.

Nazir həmçinin bəyan edib ki, 2012-ci ildə qeydə alınan 2,2%-lik iqtisadi artım tamamilə qeyri-neft sektoru hesabına formalaşıb. Bu ilin ilk iki ayı ərzində isə qeyri-neft ÜDM-in 10,5%-lik artımı hesabına ümumi iqtisadi artım 3,2%-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR