Sergey Lavrov: "ABŞ-ın raket hücumundan qlobal müdafiə sistemi yaratmasına hansısa mərhələdə cavab verməli olacağıq" - VİDEO

Sergey Lavrov: "ABŞ-ın raket hücumundan qlobal müdafiə sistemi yaratmasına hansısa mərhələdə cavab verməli olacağıq" - <span style="color: red;">VİDEO
# 09 dekabr 2014 11:37 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “RİA Novosti”yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, Rusiya prezidenti Vladimir Putin Federal Şuraya son müraciətində ABŞ-ın qlobal raket hücumundan müdafiə sisteminin yaradılması (o cümlədən Avropada) istiqamətində israrlı səylərinin qüvvələr nisbətini pozduğunu və təkcə Rusiyaya deyil, bütün dünyanın təhlükəsizliyinə təhdid olduğunu bəyan edib . S. Lavrov qeyd edib ki, Rusiya məhz öz təhlükəsizliyi naminə hansısa mərhələdə adekvat cavab tədbirləri görməli olacaq: “Xəbərdarlıq edirik, öz təhlükəsizliyimiz naminə cavab tədbirləri görməli olacağıq. Bahalı silahlanma yarışına qoşulmaq niyyətində deyilik, amma ölkəmizin müdafiə qabiliyyətini etibarlı şəkildə möhkəmləndirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR