Ağdaşda ağır yol qəzası baş verib, 2 nəfər ölüb

Ağdaşda ağır yol qəzası baş verib, 2 nəfər ölüb
# 14 avqust 2014 17:29 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində vətəndaşlara məxsus "Toyota" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Nəticədə "VAZ" markalı avtomobilin yanar hissələri yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi "VAZ" markalı avtomobildə olan 2 nəfərin (kişi) meyidi əhali tərəfindən avtomobildən çıxarılıb. Digər avtomobil yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR