Pakistanda törədilmiş iki terror aktı nəticəsində 9 nəfər ölüb, 30-dan çox adam yaralanıb

Pakistanda törədilmiş iki terror aktı nəticəsində 9 nəfər ölüb, 30-dan çox adam yaralanıb
# 04 may 2013 22:30 (UTC +04:00)

Bakı-APA. Pakistanın Karaçi şəhərində ekstremistlərin ölkənin məşhur partiyalarından biri olan “Vahid Xalq Hərəkatı” partiyasının qərargahına hücumu nəticəsində ən azı 9 nəfər ölüb, 30-dan çox adam isə yaralanıb.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, partlayışı binaya daxil olan terrorçu kamikadze törədib. Birinci partlayışdan sonra hadisə yerinə həkimlər, polis əməkdaşları və xilasedicilər cəlb olunub. Bu zaman ikinci partlayıcı qurğu işə salınıb.

Hadisəyə görə məsuliyyəti öz üzərinə Pakistan taliblərinin “Təhriki Pakistan” hərəkatı götürüb. Xatırladaq ki, bir müddət əvvəl hərəkat mayın 11-də ölkədə keçiriləcək parlament seçkilərini “islama zidd” adlandırıb və bütün siyasi partiya və hərəkatları partlayışlarla hədələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR