Bank Of Baku

Tramp Putin və Si Cinpinlə görüşünün fotosunu Yalta konfransının görüntüsü ilə müqayisə edib

Tramp Putin və Si Cinpinlə görüşünün fotosunu Yalta konfransının görüntüsü ilə müqayisə edib
# 22 noyabr 2026 02:50 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə birgə fotosunu 1945-ci ildə keçirilmiş Yalta konfransının tarixi görüntüsü ilə müqayisə edib.

APA xəbər verir ki, Amerika lideri “Truth Social” hesabında “Böyük güclər: 1945, 2026” başlığı ilə kollaj paylaşıb.

Kollajın sol tərəfində SSRİ lideri İosif Stalin, ABŞ Prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin 1945-ci ildə Yalta konfransında çəkilmiş fotosu yer alıb.

Sağ tərəfdə isə Vladimir Putin, Si Cinpin və Donald Trampın birgə görüntüsü əks olunub.

Qeyd edək ki, 1945-ci ilin fevralında keçirilən Yalta konfransında müttəfiq dövlətlərin liderləri İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq nizamın formalaşdırılması ilə bağlı məsələləri müzakirə etmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR