Gəncədə məcburi köçkünün yataqxanadakı otağından oğurluq edilib

Gəncədə məcburi köçkünün yataqxanadakı otağından oğurluq edilib
# 27 mart 2013 11:21 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə oğurluq hadisəsi olub. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncənin Gülüstan qəsəbəsində, Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında məskunlaşan Kəlbəcər rayonu Zivel kənd sakini Zəminə Muxtarova polisə məlumat verərək bildirib ki, evdə olmadığı vaxt yaşadığı otaqda oğurluq edilib. Araşdırmalar zamanı məlum olub ki, evin səliqəsi pozulmadan otaqda olan sandıqdan dəyəri 1500 manat olan qızıl-zinət əşyaları oğurlanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR