İmişlidə MKT şirkətinə məxsus innovasiyalar təsərrüfatında kütləvi zəhərlənmə qeydə alınıb.
Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.
“Hadisə ilə bağlı bizə məlumat daxil olub. Hazırda Nazirliyin mütəxəssisləri, şöbə rəisləri, xidmət rəsiləri əraziyə ezam olunub. Biz də ora gedirik. Hadisə ilə yerində tanış olacağıq. Araşdırma aparılacaq və araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. – deyə A.Hüseynov qeyd edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər: "Hazırda həmin şəxslərdən götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndəriolib. Analiz nəticələrindən sonra zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək. İndi müraciət edənlərin konkret sayını demək mümkün deyil. Hələ eyni şikayətlə xəstəxanaya gələnlər var".