Latviya hökuməti azərbaycanlı tələbələr və müəllimlər üçün təqaüd proqramları elan edir

Latviya hökuməti azərbaycanlı tələbələr və müəllimlər üçün təqaüd proqramları elan edir
# 12 aprel 2013 14:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan və Latviya təhsil nazirlikləri arasında mövcud olan sazişə uyğun olaraq Latviya hökuməti Azərbaycan ali təhsil müəssisələrinin tələbələri və müəllimləri üçün nəzərdə tutulmuş təhsil, tədqiqat və ya yay məktəblərində iştirak üçün təqaüd proqramları elan edib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil və tədqiqat üçün təqaüd proqramlarında iştirak üçün sənədlər 1 may tarixinə qədər Latviya Respublikasının Dövlət Təhsil İnkişafı Agentliyinə göndərilməlidir. Yay məktəbləri üçün təqaüd proqramlarında iştirak üçün sənədlər birbaşa yay məktəblərinin təşkilatçılarına göndərilməlidir.

Keçiriləcək yay məktəbləri barədə məlumat bu ünvandan əldə oluna bilər: http://izm.izm.gov.lv/ministry/9574.html

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR