Ötən il 71 məhkum və təqsirləndirilən şəxsin təhvil verilməsi və alınması həyata keçirilib

Ötən il 71 məhkum və təqsirləndirilən şəxsin təhvil verilməsi və alınması həyata keçirilib
# 06 mart 2013 09:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il cəzalarının qalan hissəsini öz ölkəsində çəkmək üçün 71 məhkumun və təqsirləndirilən şəxsin təhvil verilməsi və alınması həyata keçirilib. APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə göndərdiyi 2012-ci il hesabatında qeyd olunub.

Xarici ölkələrin məhkəmə qərarlarının tanınması və icra olunması, cinayət işləri və sair məsələlər üzrə hüquqi yardım, ekstradisiya ilə bağlı 10198 sorğunun icrası üzrə Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR