Azərbaycan prezidenti yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışında iştirak edib

Azərbaycan prezidenti yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışında iştirak edib
# 04 mart 2013 14:08 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, sənaye müəssisələrinin paytaxtın mərkəzindən köçürülməsi ilə bağlı Dövlət Proqramına uyğun olaraq “Paris Kommunası” adına gəmi təmiri zavodu və İlham Allahverdiyev adına gəmi təmiri-gəmiqayırma zavodunun bir hissəsi sökülüb, Zığ şosesi yaxınlığında “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi adlanan yeni müəssisə inşa olunub. İnşaat işləri 2011-2012-ci illərdə həyata keçirilib.

Dövlət başçısı “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi ilə tanış olub.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov yeni müəssisədə yaradılan şərait və istehsal prosesi barədə prezidentə məlumat verib. Bildirilib ki, müəssisədə gövdə-qaynaq, mexaniki emal, metaləritmə, çilingər, ağac emalı, elektrik quraşdırma və gəmilərin təmiri ilə bağlı ayrı-ayrı sahələrdə lazımi işləri aparmaq üçün ən müasir dəzgahlar, avadanlıq və ləvazimatlar alınaraq quraşdırılıb.

Prezident İ. Əliyev düyməni basaraq müəssisəni işə salıb.

Dövlət başçısı müəssisənin ayrı-ayrı sexlərində olub. Bildirilib ki, 2,2 hektar sahədə 6 sex binası inşa olunub, müvafiq kommunikasiya xətləri çəkilib, lazımi infrastruktur yaradılıb. Bundan başqa, ərazidə böyük həcmdə sahilbərkitmə işləri görülüb, ümumi uzunluğu 1400 metrə yaxın olan yanalma körpüləri və dalğaqıran inşa edilib. Bu körpülərdə, eyni zamanda, iriölçülü 8 gəminin təmirə dayana biləcəyi bildirilib.

Prezident İ. Əliyev “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin ayrı-ayrı sahələrini gəzib, yaradılan şəraitlə yaxından tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR